plastmas gövdə

ру пластмассовый корпус en plastic case de Kunststoffgehäuse fr boitier plastique es envuelta de plástico it contenitore in plastica
plastmas əksetdirici
plastmas təbəqə
OBASTAN VİKİ
Plastmas
Plastmas (və ya Plastik kütlə) məmulun hazırlanma mərhələsində özülü axıcılıq və ya yüksək elastik, istismar zamanı şüşəyəbənzər və ya kristallik halını alan, tərkibində polimer olan materialdır. Prosesin xarakterindən asılı olaraq plastmasdan hazırlanmış məmulları reaktoplast və termoplast olaraq iki qrupa bölürlər. Reaktoplastlara emalı zamanı tərkibində bərkidmiş halda polimer toru yaranan plastik kütlələr aid edilir, bunlar qızdırıldıqda maye halına çevrilə bilmirlər. Termoplastlar isə əksinə olaraq yenidən ərimə qabiliyyətini özündə saxlayırlar. Plastmas adətən iki qarşılıqlı birləşməyə girən və qarışmayan təşkiledicilərdən ibarət olur. Bu zaman polimerdən başqa materiala polimerin axıcılıq tempearturunu və özülülüyünü aşağı salan doldurucular, plastifikatorlar və onların köhnəlməsinin qarşısını alan stabilləşdiricilər, həmçinin rənglər əlavə olunur. Plastmaslar bir fazalı (homogen) və ya çox fazalı (heterogen, kompozit) materialar ola bilərlər. Homogen plastik kütlələr materialın xassəsini müəyyənləşdirən əsas təşkiledici sayılır. Digər komponentlər polimerdə həll olunaraq onun bu və ya digər xassələrini yaxşılaşdırıır. Heterogen plastik kütlələrdə polimer sərbəst faza şəklində olan komponentlər arasında əlaqələndirici dispesiya mühiti rolunu oynayır.
Gövdə
Gövdə — hər hansı mühitdə olursa-olsun (torpaq üstündə, torpaq altında, suda), üzərində normal və ya metamorfoziyaya uğramış halda olan, qoltuqlarında tumurcuq yerləşən orqandır. Ağacların və otların bir, kolların isə bir neçə gövdəsi olur. Yürüstü gövdənin vəzifəsi: yarpaqların əlverişli bir surətdə düzülməsi və bitkinin böyük sahə tutmasını təmin etmək, kök və yarpaqlar arasında hərəkət edən maddələri nəql etmək, cinsi və qeyri-cinsi çoxalmanı təmin edən orqanları əmələ gətirməkdən ibarətdir. Gövdə bitkilərin ehtiyat qida maddələrinin toplanması üçün əksər hallarda anbar vəzifəsini, maldili, ruskus, qulançar və sairədə isə yarpaq vəzifəsini görür. Bəzi bitkilərdə (dəvətikanı, göyəm, nar, yemişan və s.) gövdənin bir hissəsi tikana çevrilərək müdafiə, digərlərində (tənəkdə, qabaqkimilərdə) dırmanma vəzifəsini görür. Gövdələr formalarına görə müxtəlif olur: silindrşəkilli üçtilli dördtilli çoxtilli Əksərən gövdələr silindrşəkilli olur, məsələn, taxıl, yonca, pambıq və sairənin gövdələri kimi. Bəzilərində isə üçtilli və dördtilli olur, məsələn, cillərdə, dodaqçiçəklilərdə olduğu kimi. Çoxtilli olan gövdələr də vardır. Məsələn, bəzi maldili, günəbaxan, kəndalaş və sairədə olduğu kimi. Nadir hallarda gövdə yastı olur, məsələn, yastı maldilində olduğu kimi.
Gövdə (bitki)

Qarğıdalı gövdə kəpənəyi
Qarğıdalı gövdə kəpənəyi (lat. Pyrausta nubilalis Hb.)-Dişi kəpənəklər erkəklərdən iri olur. Dişi kəpənəklər erkəklərdən iri olur. Dişilərin qanadları açıq- sarımtıl rəngdədir. Üzərində qəhvəyi rəngdə ləkə və dişli zolaq vardır. Qanadları açılmış halda 27–32 mm, bədəninin uzunluğu isə 13–15 mm-dir. Erkək kəpənəyin ön qanadları açıq- qəhvəyi və ya bozumtul rəngdə olur. Tırtıllar 16 ayaqlı olub, sarımtıl bozdur. Tırtılın beli uzunu tutqun zolaq gedir. Baş, peysər buğumu və axırıncı buğumda qonur rəngli qalxancıqlar vardır.
Kələmin gövdə gizli xortumlusu
Kələmin gövdə gizli xortumlusu (lat. Ceutorhynchus pallidactylus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəklərdə xortum uzun və nazikdir. Böcək qara rənglidir. Üzərində sıx boz tükcüklər vardır. Pəncələri qırmızı rəngli iti caynaqlı olur. Dişilərin böyüklüyü 2,5-3,2 mm-dir. Yumurtası ovaldır və şüşə kimi şəffafdır. Orta hesablama uzunluğu 0,7 mm, eni 0,5 mm-dir. Pupu sarımtıldır.